Bakıda satıcı qızlar mağaza müdirini döydülər
Bakıda mağaza sahibi satıcılarından polisə şikayət edib.
AzNews.info Lent.az-a istinadən xəbər verir ki, ərizə ilə 9-cu Polis Bölməsinə müraciət edən Türkiyə Respublikası vətəndaşı, 1983-cü il təvəllüdlü Göküş Neslihan Yaşar qızı bildirib ki, sahibi olduğu mağazanın satıcıları ona qarşı xuliqanlıq edib. Şikayətçi qeyd edib ki, Rəsulzadə küçəsi 5 ünvanında yerləşən “Bambi” ayaqqabı mağazasının müdiridir. Bir neçə gün əvvəl mağazada onunla satıcıları – 1992-ci il təvəllüdlü Teymurova Mətanət Ədalət qızı və 1991-ci il təvəllüdlü Əhmədova Nigar Vidadi qızı arasında narazılıq yaranıb. Bu zaman hər iki satıcı mağaza müdirini döyüblər. Şikayətçinin sözlərinə görə, satıcılar piştaxtaları sındıraraq ayaqqabıları yerə dağıdıblar.
N.Göküşun polisə müraciətindən sonra qarşı tərəf də bölməyə ərizə yazaraq oxşar məzmunlu şikayət ediblər.
Hər iki müraciət əsasında zəruri araşdırmalar aparılır.
Mənbə:> Lent.az