Şərikini küçənin ortasında belə güllələdi – VİDEO (18+)
Türkiyədə hər kəsin gözü önündə baş verən qətl hadisəsi bir həvəskar tərəfindən lentə alınıb.
Azvision.az xəbər verir ki, hadisə Bursa şəhərinin Topxana Meydanında baş verib.
Hadisənin təfərrüatları da bəlli olub. Belə ki, mebel fabriki açmağa hazırlaşan Rızayettin Serbest , fabrikin tikintisini yarıda qoyan Tacettin Başoralı danışığa çağırıb. R. Serbest T.Başoral ilə məsələni aydınlaşdırmaq üçün oğlu Erkan Serbestlə birlikdə Topxana Meydanına gəlir.
Mübahisənin sonunda tapançalar işə düşüb. Mübahisə başlayanda Erkan Serbest, Tacettin Başoralı ayaq nahiyəsindən yaralayıb. İş adamı oğlunu yaralayanı hər kəsin gözü önündə güllələyib.
Başoral yaralı halda yerdə uzanaraq qanaxmanı dayandırmağa çalışıb. Lakin bu zaman Rızayettin Serbest silahla ona yaxınlaşaraq yaxın məsafədən başına bir dəfə atəş açıb. İnşaatçı elə yerindəcə dünyasını dəyişib. Rızayettin bunun ardından öldürdüyü inşaatçıya yardım edən adama da atəş açıb, ancaq güllə ondan yan keçib.
Artıq qətli törədən həbs edilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Mənbə:> AzVision.az