130 km/s sürət ilə yarış: 3 nəfər diri-diri yandı - VİDEO – VİDEO+FOTO
Moskvada Beqovoy küçəsində üç nəfər üçüncü rabitə nəqliyyat dairəsində baş verən qəzanın qurbanı olub.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən 1994-cü il buraxılışı olan BMW markalı avtomobil çox sürətlə hərəkət etdiyi üçün yaş yolda idarəetməni itirib.
Moskva YHTDM (Yol hərəkəti təhlükəsizliyi dövlət müfəttişliyi) idarəsindən olan mənbənin sözlərinə görə, gənc adam saatda 130 km sürət yığıb.
Avtomobilin arxa oturacağında oturan üç nəfər sərnişin avtomobildən çıxa bilmədikləri üçün diri-diri yanıblar.
Polis əməkdaşları BMW avtomobilini idarə edən adamı saxlamağa müvəffəq olublar. Bu, 27 yaşlı Sergey Şuvalov olub.
Qorxunc qəzadan sonra o, hadisə yerindən qaçıb. Bir neçə saat sonra onu axtarış nəticəsində tapıblar.
Mənbə:> Oxu.Az