Rusiyada zorlamada ittiham edilən Məmmədova məhkəmə bəraət verdi – VİDEO
Bu gün Rusiyanın Xantı-Mansiysk vilayətinin Uqra şəhərində 23 yaşlı Yuliya Pıxteyevanı (Zavtyalova) qətlə yetirməkdə təqsirləndirilən şəxsə məhkəmə bəraət verib. İstintaq da məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2014-cü ilin oktyabrında birinci instansiya məhkəməsinin qərarı ilə Maarif Məmmədov qətldə təqsirli bilinib.
O, 13,2 il müddətinə azadlıqdan məhrum edilib. Prosesdə məhkəmə zorlama və ölümlə hədələmə epizodları üzrə ittihamları əsassız hesab edib. Dövlət ittihamçısı və mərhumun ailəsi məhkəmənin qərarından apellyasiya şikayəti veriblər.
Onların apellyasiya şikayəti qismən təmin olunub və M.Məmmədovun cinayət işi 2014-cü il 17 dekabr tarixli məhkəmə qərarı ilə “zorlama”, eləcə də Rusiya Federasiyası CM-nin 116m (“döymə”) və RF CM m.119.b.1 (“ölümlə hədələmə”) ittihamlarının yenidən baxılması üçün istintaqa geri qaytarılıb və onun barəsindəki məhkəmə hökmü ləğv edilib.
Bu gün Xantı-Mansiysk vilayətinin məhkəməsinin hakimi Dmitri Kuznetsov ittiham edilən şəxsə bütün maddələr üzrə bəraət qazandırıb.
“Bütün maddələr üzrə bəraət verdilər”, - Yuliya Pıxteyevanın qardaşı Maksim Zavyalov “VKontakte” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, “Məhkəmə Məmmədovun vəkilinin mövqeyini qəbul etdi. Bildirdi ki, əgər Y.Pıxteyeva Məmmədov tərəfindən hədələndiyi barədə polisə şikayət etməyibsə, demək, belə bir şey olmayıb. Ona görə də Məmmədov günahkar deyil”, - deyən mərhum tələbə Y.Pıxteyevanın qardaşı Maksim Zavyalov məhkəmənin qərarına etiraz edəcəklərini bildirib.
“Bu, Xantı-Mansiysk məhkəmə sistemində tamamən məyus olmaq deməkdir”, Maksim Zavyalov bildirib.
Xatırladaq ki, qətl hadisəsi 2014-cü il mayın 14-də baş verib. Yuqra şəhərindəki uşaq bağçalarının birində işləyən 23 yaşlı Y.Pıxteyeva anası ilə birlikdə evlərinə qayıdarkən azərbaycanlı M.Məmmədov ona hücum çəkib və dalbadal bıçaq zərbələri endirib.
Qız aldığı bıçaq zərbələrindən yerindəcə ölüb. Anası nə qədər cəhd etsə də, qızını onları izləyən qatildən xilas edə bilməyib.
Hadisə yerli mətbuatda geniş rezonansa səbəb olub. İnsanlar qatil üçün ömürlük həbs cəzası tələb edirdilər. Qatil həmin gecə şəhərin mərkəzində tikilən binaların birinin zirzəmisində saxlanılıb.
İstintaqı vilayətin prokuroru Aleksandr Kondratyev şəxsi nəzarətinə götürüb, qətl barədə vilayətin qubernatoru Natalya Komarova da fikir bildirib. O, əslən azərbaycanlı olan Məmmədovun 1995-ci ildən Xantı-Mansiysk ərazisində pasportsuz yaşamasına dair izahat istəyib.
Qeyd edək ki, Yuliyanın Məmmədov tərəfindən qətldə hədələməsi barədə arayışına məhəl qoymayan Yuqorsk müstəntiqi də ittiham kürsüsünə otura bilər.
Yuliyanın sözlərindən əməliyyatçılar Məmmədovun aqressiv olduğunu, dəfələrlə onu hədələdiyini, maşının təkərlərini kəsdiyini, onu döydüyünü bilirdilər. Yuliyanı evə qədər ya qardaşı Maksim Zavyalov, ya da dostları ötürürdülər. Amma onun şikayətlərinə reaksiya verilmədi. Əməliyyatçılara Yuliya ölümündən bir qədər əvvəl müraciət etmişdi.
Mənbə:> Oxu.Az