Azərbaycanlı prodüsserin adı qız qaçırmada hallandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maqazin

Azərbaycanlı prodüsserin adı qız qaçırmada hallandı

Azərbaycanlı prodüsserin adı qız qaçırmada hallandı

Müğənni Niyam Səlaminin prodüsserinin həbsi xəbəri yayılıb.

ANS PRESS-in məlumatına görə, prodüsser Eldəniz İsrafilov barəsində Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü bölməsinə şikayət daxil olub.. Şikayətdə Eldəniz İsrafilovun borclu olduğu və adam qaçırmada günahkar olduğu deyilir.

Məlumata görə, Eldənizin köməyi ilə Bakıdan Sumqayıta gələn gənc xanım müğənni maşından qaçırılıb.

Sumqayıt ŞBPİ-nin 4-cü bölməsilndə işi araşdıran baş təhqiqatçı, polis mayoru Rafiq Quliyev sayta açıqlamasında Eldəniz İsrafilov barəsində şikayət daxil olması faktını təsdiqləyib. Lakin onun sözlərinə görə, hələlik heç kim saxlanılmayıb.

"Eldəniz İsrafilov barəsində vətəndaş şikayət edib. O, şikayətində bildirib ki, Eldəniz İsrafilov ona pul borcludur. O, şikayətində qız qaçıma barədə də yazıb. Lakin bunlar hələlik şikayətdir. Bu barədə tam açıqlama vermək istəmirəm. Şikayətlə əlaqədar Eldəniz İsrafilov 4-cü bölməyə dəvət olunub. Hələlik o, gəlməyib. Ondan izahat alınacaq və iş araşdırılacaq", - deyə Rafiq Quliyev bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *