Eldəniz Elgün yenidən ANS-ə qayıtdı
AZXEBER.COM xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb: “Çox qısa zaman ərzində ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək. Bir sözlə, Mirşahin demişkən, ANS-in tarixi Azərbaycanın da tarixi olacaq”.
Eldəniz Elgün AzNews.az-a faktı təsdiq edib: “Bəli, ANS-də fəaliyyətə başlamışam. Ancaq konkret olaraq hansı vəzifədə çalışacağım sabah bilinəcək”.
Qeyd edək ki, bir vaxtlar ANS və “Space” Televiziyalarında müxtəlif vəzifələrdə işləyən jurnalistin son iş yeri "Unikal" qəzeti olub.
Mənbə:> AZXEBER.COM