Bakıda siqaret söndürülmüş meyit tapıldı
Bakının Xəzər rayonunun Zaqulba qəsəbəsində dəniz kənarında iki gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb.
ANS PRESS-in məlumatına görə, meyitin üzərində işgəncə izləri aşkar edilib. Polisin tapdığı meyitin 30-35 yaşlarında olan Sadıq Babayev olduğu məlum olub.
Qohumlarının ANS PRESS-ə verdiyi xəbərə görə, meyitin üzərində çoxsaylı bıçaq zərbələri aşkarlanıb. Bundan başqa onun bədənində siqaret yanığının izləri olub. Hadisənin qısqanclıq və ya qisas zəminində baş verdiyi ehtimal edilir.
Sadiq Babayevin sakit şəxs olduğu və yaşadığı Mərdəkan qəsəbəsində ustalıqla məşğul olduğu bildirilir. O, iki gün əvvəl itkin düşüb.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə:> ANSPRESS