Bakıda itkin düşən 15 yaşlı oğlan aləmi qarışdırdı
Bakıda itkin düşmüş şəxs tapılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı rayon Polis İidarəsi Cinayət Axtarış Şöbəsi və 33-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də qeydiyyatda olduğu unvandan naməlum istiqamətə gedərək itkin düşən 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmov tapılıb.
Onun ətrafında keçirilən ilkin kriminalistik tədqiqat, istintaq, əməliyyat-axtarış tədbirlərilə müəyyən olunub ki, R.Məhərrəmov ötən il dekabrın 21-dən başlayaraq gecə saatlarında Yeni Günəşli qəsəbəsində yerləşən aptekdən və ayırı-ayırı ünvanlarda yerləşən mağazalardan oğurluq edib. O, açar seçmə yolu ilə, qapını sındırmaqla, nəfəslikdən keçməklə 153 manat, cari ilin yanvarın 29-da 500 manat, fevralın 14-də 250 manat, fevralın 22-də isə Zığ qəsəbəsində 110 manat nağd pulu talayıb.
Daxil olduğu mağazalardan daşıya biləcəyi qədər tütün məmulatları, ərzaq malları, danışıq kartları sərinləşdirici içkiləri gizli yolla çıxararaq satıb. Pulları öz şəxsi ehtiyaclarına xərcləyib.
Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir.
Mənbə:> ANSPRESS