Məşhur restoranın sahibinin oğlu Bakıda qəzada öldü
Bakıdakı məşhur restoranlardan birinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindəki mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu dünən - iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb.
17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.
Mənbə:> Virtualaz.org