Avstraliyalı futbolçu matç zamanı öldü
Avstraliyanın “Northern Saints” komandasının futbolçusu Məhəmməd Əli Cəmil Alluş “Avondale Heights” klubu ilə matç zamanı ürək tutmasından sonra ölüb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, oyun mayın 30-da Melbrunda stadionlardan birində keçirilib. Alluş birinci oyunda qol vurub və qəfildən otun üzərinə yıxılıb. 21 yaşlı futbolçunun köməyinə məşqçilər və növbətçi həkimlər gəliblər.
Futbolçu ağır vəziyyətdə klinikaya yerləşdirilib və o, dünyasını dəyişib.
Alluşun qohumu bildirib ki, son zamanlar idmançı artıq çəki ilə mübarizə aparırdı: o, ciddi dietada idi və fiziki ağırlığı artırmışdı.
“O, trenajor zalına getməyə başlamışdı və özünə hətta şəxsi məşqçi də tutmuşdu. O yediyi qidaları mətbəx tərəzisində çəkirdi”, - idmançının qohumu deyib.
İlkin məlumatlara əsasən, futbolçu infarktdan dünyasını dəyişib.
Mənbə:> Oxu.Az