Vitse-qubernator katerdən yıxılıb itkin düşdü
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mayın 30-u axşamdan bu yana vitse-qubernatorun axtarışları davam edir, onu hələ tapa bilməyiblər.
İnsident yerli vaxtla axşam saat 9 radələrində baş verib. Vitse-qubernator həmkarları və dostları ilə birlikdə istirahət edirmiş. Katerdə azı dörd nəfər olub.
“Hansısa vaxtdan sonra katerdəkilər görüblər ki, Yermoşin nə kayutda yoxdur, nə də göyərtədə. Ancaq kater onun suya düşdüyü ehtimal edilən yerdən yüz metrə yaxın uzaqlaşmışdı. Yermoşinin xilasedici kəməri olmayıb” - deyə mənbə bildirib.
Hava qaralandan sonra vitse-qubernatorun axtarışları çətinləşib, bu gün səhərdən başlayaraq onun suya düşdüyü ehtimal edilən əraziyə dalğıclar və xilasedicilər göndərilib.
Yermoşin 1966-cı ildə anadan olub. 2010-cu ilin aprelində Xantı-Mansiysk qubernatorunun müavini təyin edilib.
Mənbə:> Virtualaz.org