Vəzifəli şəxs karantinə alındı
Serra-Leonenin vitse-prezidenti özünü 21 günlük karantinə alıb.
ANS PRESS-in məlumatına görə, bunu vitse-perzident Samuel Sam-Sumananın özü fevralın 28-də elan edib. Onun belə etməsinə səbəb mühafizəçilərindən birinin keçən həftənin əvvəli ebola virusundan ölməsi olub. Vitse-prezident bildirib ki, onun bütün işçiləri də nəzarət altında olacaqlar.
"Mən özümü karantinə almağa qərar verdim. Çünki risk etmək istəmirəm. Mən həm də bunu nümunə olmaq üçün edirəm", - deyən Samuel Sam-Sumana həmçinin bildirib ki, o, özünü yaxşı hiss edir və onda ebolanın heç bir əlaməti yoxdur. O, Serra-Leonedə özünü təcrid edən ilk yüksək vəzifəli şəxsdir.
Qeyd edək ki, Serra-Leone, Liberiya və Qvineyada ebola virusundan ölənlərin sayı 10 min nəfərə çatıb. Fevralın 16-dan 22-ə qədər qeydə alınan 99 ebola yoluxmasının 63-ü isə məhz Serra-Leonedə olub.
Mənbə:> ANSPRESS