“Apple” işçisinə tələ qurdular və…
“Apple”ın yeni iPad modeli oğruların əlinə keçib.
ANS PRESS-in məlumatına görə, “Apple”ın yeni iPad modelinin işçilərdən birinin getdiyi evdə oğrulatdıği bildirilir. Hadisə Kaliforniyada baş verib.
Təqdim etdiyi bütün məhsulların hər bir detalını gizli saxlamağa çalışan şirkətin adı açıqlanmayan həmin işçiyə görə problemlər yaşadığı iddia edilir.
Xəbərdə bildirilir ki, şirkət işçisi intenet vasitəsilə tanış olduğu Ketrin Stamp adlı bir qadının evinə qonaq gedib. O, qadının evinə gedərkən iPad-i də öz üzərində aparıb. Lakin orada gözlənilməz sürprizlə qarşılaşıb. Belə ki, Ketrinin qardaşı da evdə olub. Bacı-qardaş onun içkisinə yuxu dərmanı ataraq üstündə olan bütün pulları və bahalı əşyaları götürüb və özünü isə meşəlik bir əraziyə atıblar.
Özünə gələn “Apple” işçisi dərhal polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının axtarışı ilə şikayət edilən şəxslər yaxalanıb, lakin iPad-in harada olduğu barədə heç bir məlumat verməyiblər.
Qeyd edək ki, hələlik heç bir rəsmi açıqlama verməyən şirkətin həmin cihazının prototipinə sahib olub-olmadığı da bilinmir.
Mənbə:> ANSPRESS