“Apple"dən ən nazik yenilik » AzNews.info -Xəbər portalı

“Apple"dən ən nazik yenilik

“Apple"dən ən nazik yenilik


ABŞ texnologiya nəhəngi "Apple" şirkəti özünün yeni kəşfi olan Apple Saatını təqdim edib.

ANS PRESS-in məlumatına görə, Samsung, LG və Sony kimi bəzi texnologiya şirkətləri artıq özlərinin ağıllı saatlarının təqdimatın keçiriblər.

Ancaq "Apple" şirkəti ümid edir ki, onların yeni məhsulu "iPhone" və "iPad" istifadəçiləri üçün yenilik olacaq.

"Apple" şirkətinin icraçı direktoru Tim Kuk bildirib ki, istifadəçilər "Apple" saatı vasitəsi ilə zəng edə, emaillərini yoxlaya və musiqi dinləyə biləcəklər.

Şirkət San-Fransisko şəhərində yeni məhsulunun təqdimatını keçirib. Ən ucuz modelin qiymətinin 349 dollar olacağı gözlənilir. Ən bahalı isə 19 karat qızıldan hazırlanmış olan saat 10 min dollara satışa çıxarılacaq. Saatın satışına gələn aydan etibarən başlanması gözlənilir.

Bəzi iqtisadçılar şirkətin ilk bir il ərzində 8 - 18 milyon ədəd satış həyata keçirəcəyini ehtimal edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *