Sim kartlar erası bitir » AzNews.info -Xəbər portalı

Sim kartlar erası bitir

Sim kartlar erası bitir


"Apple" şirkətinin yeni tətbiq etdiyi dəyişiklik sim nömrələrini bazardan çıxara bilər.

ANS PRESS-in məlumatına görə, şirkət ötən həftə təqdim etdiyi tablet modellərində, daha əvvəl heç bir cihazında istifadə etmədiyi bir texnologiyanı istifadə edib. "Apple SİM" adı verilən bu yeni tətbiq sayəsində istifadəçilər GSM operatorlarından sim kart almaq məcburiyyətində qalmır.

Yeni "iPad" modellərində olan "Apple SİM" istifadəçilərə istədikləri zaman, istədikləri GSM operatoruna sim kart dəyişikliyi etmədən keçmələrinə imkan verir.

"Apple"ın bu yeni tətbiqinin istifadəyə verilməsindən sonra istifadə etdiyimiz sim kartların dövrünün sona çatacağı iddia edilir.

"Apple SİM" ilə razılıq əldə edən GSM operatorlarının sayı hazırda xeyli azdır. ABŞ-da yalnız "T-Mobile", "AT & T" və "Sprint" şirkətlə razılıq əldə edib. "Apple SİM" kartın nə zaman və hansı GSM operatorları ilə Azərbaycanda istifadəyə veriləcəyi isə hələlik bilinmir.

Şirkətə yaxın qaynaqlardan gələn məlumatlara görə, "Apple" uzun müddətdə bu yeni tətbiqi bütün ağıllı cihazlarına tətbiq etməyi planlaşdırır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *