“Apple” nüfuzdan düşüb » AzNews.info -Xəbər portalı

“Apple” nüfuzdan düşüb – VİDEO

“Apple” nüfuzdan düşüb


Gələn həftə yeni “iPhone”larını təqdim etməyə hazırlaşan ABŞ-ın “Apple” şirkətinin nüfüzü ciddi təhlükə altındadır.

ANS TV-nin məlumatına görə, bir grup naməlum xakerlər Hollivud ulduzlarının intim fotoşəkillərini ələ keçirib. Bunun aktrisaların istifadə etdiyi “iPhone” smartfonlarının “iCloud” bulud xidməti vasitəsilə həyata keçirildiyi iddia edilir. “Apple”in “iCloud” bulud xidməti istifadəçiyə məlumatlarını bir yerdə saxlamağa imkan verir. Adətən burda istifadəçinin mobil qurğusunda olan şəkil, video, sənəd və bu kimi digər fayllar saxlanılır. Bunu istifadəçi öz istəyilə edə bilər. Lakin bəzi hallarda şəkil və videolar bulud saxlayıcısına insanların xəbəri olmadan yüklənir.

Şəkillərinizin “iCloud” xidmətinə avtomatik yüklənib-yüklənilməməsini çox sadə yolla öyrənə bilərsiniz. “iPhone” və ya “iPad”ın şəkillər bölməsinə daxil oluruq. Əgər burda “My Photo Stream” adlı qovluq varsa, deməli məlumatlarınız “iCloud”a yüklənilir. Bunu da dayandırmaq çox asandır. Menyunun sazlamalar bölməsində “iCloud”u seçirsiz, foto bölməsində “My Photo Stream” funksiyasını deaktiv edirsiz. Beləcə şəkillərinizin “iCloud”a avtomatik yüklənməsinin qarşısını ala bilərsiz.

“Apple” şirkəti ona qarşı olan bu iddiaları rədd edib. Korporasiya öz daxili araşdırmasını aparıb və bəyan edib ki, şəkillərin internetə sızdırılması heç də
“iCloud” xidmətinin sındırılması sayəsində baş verməyib.

İntim şəkilləri sızdırılan məşhurlar arasında Hollivud aktrisaları Cenifer Lourens, Kirsten Danst, Meri Keyt Olsen, eləcə də müğənni Rihanna, Selena Gomez, Keyt Apton kimi tanınmış simalar var.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *