DƏHŞƏT: 22 yaşlı qızı zəncirləyib qul etdilər və ... » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

DƏHŞƏT: 22 yaşlı qızı zəncirləyib qul etdilər və ...

DƏHŞƏT: 22 yaşlı qızı zəncirləyib qul etdilər və ...


Meksikada 22 yaşlı qız bir ailə tərəfindən qaçırılıb və 2 il boyunca əsir saxlanılıb. ANS PRESS-in məlumatına görə, boynundan bir masaya zəncirlənmiş halda saxlanan Zunduri adlı qızın həyatda qalması belə möcüzədir.

Yapon əsilli gənc qız 2 ildir quru təmizləmə şirkətində kölə olaraq çalışdırılıb. Gündə 12 saat paltar ütüləməyə məcbur edilən Zunduri qaçmasın deyə zəncirlənib.

Tez-tez döyülən zavallı qız çalışmağa ara verdiği zaman cürbəcür kəsici alətlərlə işgəncələrə məruz qalıb, kürəyinə qaynar ütü basıblar.

Gün ərzində bir dəfə yemək verilən Zunduri aclıqdan ölməmək üçün iş yerindəki politelin və lifləri yeyərək mədəsini aldadıb.

İki il boyunca qaçmağa yollar axtarır və sonunda bunu bacarır. Dərhal polisə gedir və saxlandığı yer barədə məlumat verir. Polis iş yerinə basqın edərək 5 nəfəri həbs edir. Quru təmizləmə şirkətinin sahiblərini 40 il həbs cəzası gözləyir.

Yaşadığı kabus gənc qızı artıq tanınmaz bir hala salıb. O, artıq xaricən yaşlı qadına bənzəyir. Bədənində çoxsaylı işgəncə yerlərinin yarası və nişanələri var. Fiziki cəhətdən özünü yaxşı hiss etməyən Zunduri uzun müddət müalicə almalıdır.

Meksikada xaricilərin kölə olaraq çalışdırılması çox təəssüf ki, getdikcə artır. Rəsmi məlumatlara görə, hazırda ölkədə təxminən 270 min adam kölə olaraq işlədilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *