ABŞ-ın Baltimor şəhərində qarşıdurma » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

ABŞ-ın Baltimor şəhərində qarşıdurma – YENİLƏNİB

ABŞ-ın Baltimor şəhərində qarşıdurma


Kütləvi iğtişaşların yenidən başladığı Baltimorda 200 nəfərə yaxın insan həbs olunub. Bu barədə Reuters məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə merin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qarşıdurmalar zamanı etirazçılar 15 bina və 144 avtomobil yandırıb.

09:50

Amerikanın Baltimor şəhərində (Merilend ştatı) nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş qarşıdurmalar nəticəsində 15 polis xəsarət alıb. Bu barədə Daily Mail məlumat yayıb.

Oxu.Az xəbər verir ki, bir çox polis əməkdaşları sınıq xəsarətləri alıblar. İkisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, şəhərin mərkəzində bir neçə bina yanıb.

Baltimorda komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Baltimorda vəziyyət polis tərəfindən saxlanılandan sonra boyun fəqərələrinin sınması nəticəsində dünyasını dəyişmiş 25 yaşlı qaradərili Freddi Qreyin dəfn mərasimindən sonra kəskinləşib. Etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *