“Google”un top meneceri Everestdə qar uçqunun qurbanı olub
“Google” şirkətinin yüksək vəzifəli əməkdaşı Daniel Fredinburq Nepaldakı zəlzələ səbəbindən Everestdə zirvəsinin yamacında baş vermiş qar uçqunu nəticəsində ölüb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fredinburqun Everest zirvəsinə səyahətini təşkil etmiş Britaniyanın Jagged Globe şirkətinin məlumatında bildirilir.
Məlumata görə, hadisə zamanı komandanın daha iki üzvü yüngül xəsarət alıb.
Qeyd edək ki, Daniel Fredinburq uzun müddət “Google” şirkətində “Google X” yeni layihələr laboratoriyasında rəhbər vəzifədə çalışıb.
Mənbə:> APA