“Google”un türklərə sayğısızlığı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

“Google”un türklərə sayğısızlığı – FOTO

“Google”un türklərə sayğısızlığı


Demək olar ki, hər gün üçün xüsusi bir doodle hazırlayan dünyanın ən böyük virtual axtarış sistemi “Google” Çanaqqala zəfərinin 100-cü ildönümünü görməməzliyə vurdu.

ANS PRESS-in məlumatına görə, hər gün milyonlarla istifadəçinin daxil olduğu “Google” ötən il də analoji addımı ataraq Çanaqqala zəfərini xatırlamamışdı.

Digər virtual axtarış sistemi olan “yandex.com.tr” isə ilk səhifəsində Çanaqqala zəfərini əks etdirən 3 ölçülü şəkil yerləşdirib və “Dur yolçu! Bilmədən gəlib basdığın bu torpaq, bir dövrün batdığı yerdir!” misraları yazılıb.

“Google”un bu addımı yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Türkiyəli bir çox sosial şəbəkə istifadəçisi bunu qəsdən atılmış addım kimi qiymətləndirib. Bəziləri isə “Google”un bu günü unutduğunu bildirib.

"“Google”un görməməzliyə vurduğu Çanaqqala zəfəri üçün yandex.com.tr gözəl bir səhifə hazırlayıb. Təbriklər yandex".

“Çanaqqalanın ildönümünü unudan “Google”un inadına gözəl bir səhifə hazırlayan "yandex"i təbrik edirəm”.

“Zəncirbəndin ildönümünü unutmayan “google” Çanaqqalanı unudub. Özünə xidmət”.

“Google”un türklərə sayğısızlığı


“Diş çöpünün icad olunduğu günü xatırlayan “google” Çanaqqala zəfərini unutdu deyəsən”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *