Rusiyada qanlı qətliam – FOTO
Rusiyada yanğın baş vermiş mənzildə 5 nəfərin meyiti tapılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Başqırdıstanın Kumertau şəhərində baş verib.
Meyitlərin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb. Məlum olub ki, qətlə yetirilənlər mənzilin 16 yaşlı sahibəsi, onun 17 yaşlı rəfiqəsi, onların ümumi tanışı olan 21 yaşlı rəfiqəsi və onun 22 yaşlı sevgilisi, habelə 21 yaşlı qadın olub.
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hadisə baş vermiş 2 otaqlı mənzildə alkoqol və narkotik izləri aşkarlanmayıb. Qonşular da hər hansı səs eşitməyiblər.
Rusiya mətbuatı iddia edir ki, qətlə yetirilənlər satanizm sektasının üzvü olublar.
Mənbə:> Oxu.Az