İş yerində bədbəxt hadisə: Tavan başına uçdu
Türkiyənin İzmir şəhərində ofisdə kompüter arxasında oturan işçi faciəvi şəkildə həlak olub.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisəyə səbəb yuxarı mərtəbədə aparılan təmir işləri olub.
Ofisin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə hadisənin anidən baş verdiyi görünür. Təəssüf ki, otaqda başı işə qarışan şəxs bədbəxt hadisədən yayına bilməyib.
Mənbə:> Oxu.Az