Bakıda 19 yaşlı qız faciəvi şəkildə öldü
Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Aznews.info xəbər verir ki, bu barədə Trend-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Trend.az