ABŞ-da daha bir "Boeing" təcili eniş etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

ABŞ-da daha bir "Boeing" təcili eniş etdi

ABŞ-da daha bir "Boeing" təcili eniş etdi

ABŞ-ın paytaxtı Vaşinqtondan San-Fransiskoya uçan "United Airlines" aviaşirkətinin təyyarəsi ağır qoxuya görə Vaşinqtonun digər aeroportunda təcili eniş edib.

Təcili xidmətlərin əməkdaşları 7 sərnişini xəstəxanalara çatdırıblar. Onlar və daha 10 nəfər uçuş ərzində ürək bulanmasından, sinə ağrısından və nəfəsalmanın çətinliyindən şikayət ediblər.

Şahidlərdən biri bildirib ki, salonda kəskin yanacaq qoxusu hiss edilib. İy uçuş müddətində daha da güclənib. Onun sözlərinə görə, daşıyıcı şirkət zərərçəkənlərə tibb xərclərini ödəyəcəyini söz verib.

“Report” xatırladır ki, bir neçə gün əvvəl də ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *