Partlayış təhlükəsi ilə üzləşmiş sərnişin təyyarəsi təcili eniş edib
Romadan Çikaqoya uçün “United Airlines” aviaşirkətinə məxsus “Boeing 767-300” sərnişin təyyarəsi İrlandiyanın “Şennon” hava limanında təcili eniş edib.
Virtualaz.org “Irish Sun” nəşrinə istinadən xəbər verir ki, təcili enişə səbəb təyyarənin göyərtəsində “bomba var” yazılmış kağız parçasının tapılması olub. Tapıntı təyyarənin ayaqyolunda edilib.
Hava gəmisini aeroportda yanğınsöndürən və təcili yardım maşınları qarşılayıblar. Təxliyyə edilmiş sərnişinlər yerli mehmanxanalarda yerləşdiriliblər.
Bildirildiyinə görə, polis əməkdaşları təyyarədə şübhəli heç bir əşya aşkar edı bilməyiblər.
Mənbə:> Virtualaz.org