İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb
İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
İran KİV-ləri xəbər verir ki, bunu İslam Respublikası Fövqəladə Hallar İdarəsi sədrinin müavini Həmidrza Hankeh bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 265 nəfər yaralanıb: “Fars əyalətində 21, Gülüstanda 7, Mazandaranda 5, Şimali Xorasanda 3, Kohkuliye-Boyer Əhməd və Loristanda 2, Kirmanşah, Xuzistan, Həmədan və Simnanda hərəsində bir nəfər ölüb”.
H.Hankeh 265 yaralıdan 47-nin müxtəlif xəstəxanalarda müalicə olunduğunu vurğulayıb.
Qeyd edək ki, leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsi, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri su basıb.
Mənbə:> Virtualaz.org