Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 318 nəfərə çatdı
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 318 nəfərə çatıb.
Oxu.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 180 ölüm halı Mexiko şəhərində qeydə alınıb. Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.
Mənbə:> Oxu.Az