Zəlzələ qurbanlarının sayı 700-ə yaxınlaşır
Ekvadorda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 654 nəfərə çatıb.
Axar.az xarici mediaya istinadla xəbər verir ki, son məlumata əsasən, yaralananların sayı 13 minə yaxındır, 58 nəfər itkin düşüb.
Aprelin 16-da baş verən 7,8 bal gücündə zəlzələ 7 min binanı dağıb, 3 min bina zədələnib. Hazırda 25 min insanın evsiz qaldığı bildirilir.
Mənbə:> Axar.az