Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb
Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. Bu barədə “Kyodo” agentliyi xəbər verib.
Bundan əvvəl 120 nəfərin öldüyü bildirilirdi. Son məlumatlara əsasən, Okayama prefekturasında daha 6 nəfərin meyiti aşkarlanıb.
Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.
Mənbə:> Virtualaz.org