Yaponiya təbiətin qəzəbinə gəldi: 120-dən çox ölü
Leysan yağışlardan sonra meydana gələn torpaq sürüşməsi və selin nəticəsində Yaponiyada ölənlərin sayı 126 nəfərə çatıb.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, 60-dan çox insan itkin düşmüş sayılır.
Xatırladaq ki, cümə günündən başlayaraq Yaponiyanın mərkəzi və cənub-qərb bölgələrinə aramsız yağışlar yağır.
Qifu, Exime, Kioto, Xirosima və Okayama prefekturalarında vəziyyət daha acınacaqlıdır.
Mənbə:> Oxu.Az