İranda spirtli içki qurbanlarının sayı 42-yə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İranda spirtli içki qurbanlarının sayı 42-yə çatıb

İranda spirtli içki qurbanlarının sayı 42-yə çatıb


İranda əldəqayırma saxta spirtli içki qurbanların sayı 42 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü İrəc Hərirçi jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, son üç həftədə saxta və əldəqayırma alkoqollu içkilərdən zəhərlənən 460 nəfər tibb mərkəzlərinə müraciət edib:

“Həmin şəxslərdən 42-si həyatını itirib, 16-sı görmə qabiliyyətini itirərək kor olub, 170 nəfərin isə böyrəyində ciddi problemlər yaranıb”.

Nazirlik nümayəndəsi qeyd edib ki, saxta içkilərdən ölən və ya zəhərlənənlər, əsasən, Hormozqan, Şimali Xorasan, Fars, Kohkiluye və Boyer Əhməd və Əlbürz əyalətlərində yaşayan vətəndaşlardır. O əlavə edib ki, ölənlərin ən cavanı 19 yaşlı bir qız, ən yaşlısı isə 57 yaşı olan bir kişidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *