Şamaxıda 3 yaşlı uşaq su qabında boğuldu
Şamaxıda azyaşlı uşaq su qabına düşərək boğulub.
Hadisə bu gün axşam saatlarında, rayonun Göylər kəndində qeydə alınıb.
Kənd sakini, 2016-ci il təvəllüdlü Qasımova Günay Şirvan qızı həyətdə oynayarkən başı üstə plastmas su qabına düşərək boğulub .Onun köməyinə valideyinləri gəlib.
Oxu.az bildirir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlı, vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Mənbə:> Virtualaz.org