Bakıda 2 yaşlı uşaq suda boğuldu
Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.
Araşdırma aparılır.
Mənbə:> Oxu.Az