Beyləqanda azyaşlı su arxında boğuldu
Beyləqanda azyaşlı arxa yıxılaraq boğulub.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.
Orada yaşayan azyaşlı Pünhan Babayev evlərinin yaxınlığından keçən arxa yıxılaraq boğulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az