Ağdamda iki azyaşlı diri-diri yandı
Faktla bağlı araşdırma aparılır.
Ağdamın Quzanlı qəsəbəsində Daş Evlər köçkün şəhərciyində yanğın hadisəsi baş verib.
AzNews.info-nun APA-ya istinadən məlumatına, Ağdam rayonu Saybalı kəndindən olan məcburi köçkün Kazımov Zamiq Çingiz oğluna məxsus ev yanıb.
Nəticədə onun iki azyaşlı qızı, 2012-ci il təvvəlüdlü Kazımova Əfsanə və 2013-cü il təvvəlüdlü Kazımova Rəqsanə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA