Ucarda “KamAZ” la “Opel” toqquşdu, ölənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Ucarda “KamAZ” la “Opel” toqquşdu, ölənlər var – YENİLƏNİB

Ucarda “KamAZ” la “Opel” toqquşdu, ölənlər var


Ucar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb.

Bu barədə Oxu.Az-a Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov məlumat verib.

O bildirib ki, hadisə nəticəsində mərkəzi xəstəxanaya üç nəfər yaralı gətirilib:

“Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Məmmədov İsmayıl Oqtay oğlu, 1981-ci il təvəllüdlü Məmmədova Yeganə Aydəmir qızı, 1976-cı il təvəllüdlü Fətəliyev Füzuli Kəmaləddin oğlu xəstəxananın cərrahi şöbəsinə yerləşdiriliblər.

Xəstələrə müvafiq olaraq sağ yanağın və sağ budun əziyi, burunun və sağ baldırın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin küt travması və sol yanağın əziyi diaqnozu qoyulub. Onların vəziyyəti stabildir”.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

10:37

Ucar rayonunun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qəza nəticəsində minik avtomobilinin sərnişini hadisə yerində ölüb, daha bir nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *