Sumqayıtda yük maşını “Jiquli” ilə toqquşdu: ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sumqayıtda yük maşını “Jiquli” ilə toqquşdu: ölən və yaralananlar var

Sumqayıtda yük maşını “Jiquli” ilə toqquşdu: ölən və yaralananlar var

Sumqayıt şəhərində “KamAZ” markalı yük maşını “VAZ” markalı minik avtomobili ilə toqquşub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində daha üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *