Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü – YENƏ QƏZA CAN ALDI

Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü


Bərdə rayonu, Mehdili kəndində yük maşını ilə minik maşını toqquşub.

Hadisə Goranboy rayonunun Dəliməmmədli kənd sakini Vəliyev Azər Məmməd oğlunun idarə etdiyi “VAZ-21011” markalı 22-BM-803 dövlət nömrə nişanlı avtomobillə Goranboy rayon sakini Nuriyev Raqib Səxavət oğlunun idarə etdiyi “HOVO” markalı 04-BN-914 markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *