Sumqayıtda minik maşını ilə avtobus toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Sumqayıtda minik maşını ilə avtobus toqquşdu

Sumqayıtda minik maşını ilə avtobus toqquşdu

Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.

"Report" bildirir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Novxanı bağları istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə sərnişin avtobusu toqquşub. Nəticədə üç nəfər Sumqayıt şəhər sakinləri - 1949-cu il təvəllüdlü Nəbiyeva Zibəxanım Ağalı qızı, 1944-cü il təvəllüdlü Zahirova Məsumə Ağəli qızı və 1966-ci il təvəllüdlü Əliyava İlahə Zair qızı ağır xəsarət alıblar.

Yaralılar Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Onlardan Z.Nəbiyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *