Bakıdan uçan təyyarə Moskva səmasında başqa təyyarə ilə toqquşma təhlükəsi yaşayıb
Heydər ƏIiyev Beynəlxalq Hava Limanının “Operations Control Center” (OCC) dispetçer mərkəzinin məlumatlarına əsasən, AZAL aviaşirkətinin təyyarələri dünən rusiyalı həmkarlarından Moskva səmasında hər hansı təhlükə barədə məlumat almayıblar.
Virtualaz.org AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL-ın təyyarələri havada təyyarələrin toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş TCAS sistemi ilə təchiz ediliblər. TCAS sistemindən də hər hansı təhlükə ilə bağlı məlumat daxil olmayıb.
O da əlavə olunub ki, belə bir hadisə baş veribsə, Bakıdan uçan təyyarə AZAL aviaşirkətinə aid olmayıb.
* * *12:42
Moskva səmasında sərnişin təyyarələri son anda toqquşmadan qaça biliblər.
Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, hadisə dünən, noyabrın 15-də baş verib.
Moskvanın “Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan “Vnukovo” hava limanına uçan təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.
Mənbə:> Virtualaz.org