Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş etdi – BOMBA TƏHLÜKƏSİ
Rusiyanın Moskva şəhərinin "Domodedovo" hava limanından Türkiyəyə uçan təyyarə Odessada təcili eniş edib.
Virtualaz.org “112 Ukrayna”ya istinadən bildirir ki, bu barədə Milli polisin Odessadakı rəisinin məsləhətçisi Ruslan Forostyak öz Facebook səhifəsində yazıb.
O bildirib ki, təcili enişə səbəb təyyarədə sərnişinlərdən birinin özünü şübhəli aparması və tualetdə sahibsiz çantanın aşkarlanması olub.
Məlumata əsasən, təyyarə eniş etdikdən sonra çanta polislər tərəfindən yoxlanılıb, amma orada şübhəli heç nə aşkarlanmayıb.
Mənbə:> virtualaz.org