Davudoğlunun müavininin olduğu təyyarə təcili eniş etdi
Türk Hava Yollarına (THY) məxsus təyyarə İstanbuldan Ankaraya gedərkən Ankaradakı əlverişsiz hava şəraitinə görə Kapadokya hava limanında təcili eniş edib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, təyyarədə baş nazir Əhməd Davudoğlunun müavini Mehmet Şimşek də olub. O, daha sonra avtomobillə Ankaraya gedib.
Təyyarə isə təxminən 40 dəqiqə aeroportda saxlanıldıqdan sonra Ankara Esenboğa Hava Limanı istiqamətində hərəkət edib.
Mənbə:> Qafqazinfo.az