Fransa təyyarəsində bomba: təcili eniş edildi
Keniyanın paytaxtı Nayrobidə təcili eniş edən Fransanın “Air Frans” şirkətinə məxsus sərnişin təyyarəsində bomba tapılıb.
Axar.az xəbər verir ki, təyyarə Mauritius adalarından Fransanın paytaxtı Parisə uçan zaman göyərtədə şübhəli qutu aşkarlanıb.
Dərhal Keniyada təcili enəş edən təyyarəyə baxış keçirilən zaman həmin qutunun içində bomba olduğu aşkarlanıb.
Partlayıcı mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
Şərnişinlərdən xəsarət alan olmayıb. Təyyarədə olan 2 sərnişin isə olayla bağlı sorğu-sual edilib.
Mənbə:> Axar.az