Plitosuz uçan aparat sərnişin təyyarəsi ilə toqquşacaqdı
Rusiyanın Domodedovo şəhəri yaxınlığında uçan pilotuz aparat sərnişin təyyarəsinə təhlükəli anlar yaşadıb. ANS PRESS-in məlumatına görə, təyyarə son anda uçan aparatla toqquşmadan yayına bilib.
Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları polislə birlikdə təxminən iki kilometr hündürlükdə, Moskva səmasında baş vermiş hadisə ilə bağlı ciddi araşdırmaya başlayıb.
Verilən məlumata görə, sərnişin təyyarəsi A320, Krasnodar Hava Limanından növbəti uçuşunu həyata keçirərəkən naməlum PUA təyyarəndən 100 metrlik məsafədə hərəkət edib.
Bununla naməlum pilotsuz uçan aparat həvəskarı sərnişinlərin həyatını təhlükə altında qoyub. Pilotlar təyyarədən aparatı vizual olaraq 150 metr məsafə aşkar edib və onların peşəkarlığı sayəsində aparata 100 metr qalmış təhlükədən qaçmaq mümkün olub. Daha sonra pilotlar təhlükə barədə yerə xəbər edib.
Mənbə:> ANSPRESS