Moskvada bomba təhlükəsi: vağzallar boşaldıldı
Moskvada insanlar dəmir yolu vağzallarından təxliyə olunub.
“İnterfaks” xəbər verir ki, buna səbəb anonim bomba xəbərdarlığı olub.
Naməlum şəxs zəng edərək bildirib ki, paytaxtın Kiyev vağzalında partlayıcı qurğu quraşdırılıb. Bundan sonra vağzaldan minədək insan təxliyə olunub.
Ardınca Belarus vağzalına bomba qoyulduğu bildirilib və təxliyə işlərinə başlanılıb.
Hələlik bomba xəbərdarlığının doğru olub-olmadığı məlum deyil.
Mənbə:> İnterfaks