Dəmir Yolu Vağzalında bomba həyəcanı - İnsanlar təxliyə olunur
Bakı Dəmir Yolu Vağzalına bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə Teleqraf.com-un əməkdaşına ərazidəki polislərdən biri məlumat verib.
Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyyə olunublar.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova baş verən hadisəni təsdiq edib: "Hazırda hadisə yerinə gedirik. Kimsə vağzala bomba qoyulması ilə bağlı xəbər yayıb. Məsələ araşdırılır".
Mənbə:> Teleqraf.com