Vağzalda bomba həyəcanı
Moskvada Kursk vağzalında həyəcanlı anlar yaşanıb.
ANS PRESS-in məlumatına görə, naməlum şəxs polisə zəng edərək vağzalda bomba olduğunu deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal vağzal olan təxminən 500 nəfəri təxliyyə ediblər.
Vağzalda ciddi axtarışlardan sonra məlum olub ki, heç bir bomba yoxdur.
Polis hazırda anonim zəngin edərək vağzalda bombanın olması ilə bağlı xəbər verən şəxsi axtarır.
Qeyd edək ki, son günlər Rusiyada bu cür halların artması müşahidə edilir.
Mənbə:> ANSPRESS