ABŞ-ın İrəvandakı səfirliyində bomba həyəcanı
İrəvanda naməlum şəxs ABŞ səfirliyinin binasına bomba qoyulduğu barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat səfirliyin saytında yerləşdirilib.
Qeyd olunur ki, zəng yerli vaxtla saat 12:54 edilib.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Lakin axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Mənbə:> Oxu.Az