Rövnəq Abdullayevin də olduğu binada bomba həyəcanı
İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi FİFA-nın 65-ci konqresi keçirilən binaya bomba qoyulması barədə xəbərlər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Sonra Sürix polisi də məlumatı təsdiqləyib.
***
FİFA-nın konqresinin keçirildiyi bina axtarış üçün boşaldılıb. Axtarışdan sonra bomba ilə bağlı iddiaların əsassız olduğu ortaya çıxıb. Salonu tərk edənlər yerinə qayıdıb və toplantı davam edir.
Mənbə:> Qafqazinfo.az