"Ay xanım, ora keçmək olmaz" - Nəzarətçi Şəfiqə Məmmədovanı tanımadı
Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı teatrın nəzarətçisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədovanı tanımayıb.
AzNews.info ölkə.az-a istinadla bildirir ki, nəzarətçi "ay xanım, ora keçmək olmaz" deyərək, məşhur aktrisanı rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya buraxmaq istəməyib. Aktrisa isə öz növbəsində nəzarətçiyə cavab verib:
"Mənim adım dövlətin rəsmi nekoroloqunda var. Necə yəni olmaz?"
Qeyd edək ki, 73 yaşlı Amaliya Pənahova ötən gün xərçəng xəstəliyindən vəfat edib.
Mənbə:> Ölkə.Az